ADY Gəncə-Bakı qatarında baş vermiş nasazlığın səbəbini açıqladı – Rəsmi

26.07.2019 - 12:44

Bu gün axşam saatlarıında Gəncə-Bakı sürət qatarının hərəkəti Qaradağ rayonu ərazisində bir müddət dayanıb. 

Bu haqda ilk məlumat sosial şəbəkələrdə yayılıb. Bəzi facebook istifadəçiləri yazdıqları statusda qatarda elektrikin kəsildiyini bildirib, qapıların açılmaması səbəbindən sərnişinlərin evakuasiya olunmadığını, insanların havasızlıqdan boğulduqlarını vurğulayıblar.

Musavat.com xəbəri dəqiqləşdirmək və detalları öyrənmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə əlaqə saxlayıb.

Elyar Muradov

ADY Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradovun musavat.com-a verdiyi məlumata görə, nasazlığa səbəb “Azərenerji”nin yüksək gərginlikli xəttinin qırılması olub. Nəticədə qatar elektrik şəbəkəsindən ayrılıb. E.Muradov bildirib ki, problem qısa müddətdə həll olunub və hazırda qatar Bakı şəhərinə çatmaq üzrədir. Qatarın dayandığı müddətdə vaqonlarda havalandırma sistemi işləyib. Sərnişinlər arasında xəsarət alan, halı pisləşən olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130285

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728