Qurbanlıq qoyunlar Bakıya gətirilir – qiymətlər

30.07.2019 - 11:53

Paytaxt kəndlərində qurbanlıq heyvanların satışına başlanılıb

Azərbaycanda 12-13 avqust tarixində Qurban bayramı qeyd olunacaq. Hər il olduğu kimi, artıq indidən qurbanlıq qoyunlar Bakıya gətirilib, satılır. Qiymətlər isə ötən illə müqayisədə bir qədər bahadır.

“Yeni Müsavat” xəbər verir ki, hazırda qurbanlıq qoyunlar daha çox Bakı kəndlərinə gedən yollarda satılır. Hələ ki, yarmarkalar fəaliyyətə başlamayıb. Lakin bayrama bir həftə qalmış Bakının müxtəlif yerlərində Qurban bayramı ilə əlaqədar yarmarkaların təşkil ediləcəyi gözlənilir.

Hazırda qurbanlıq ətin kiloqramı 14 manatdan hesablanaraq satılır. Qurbanlıq qoyunların satıldığı yerlərdə ən aşağı qiymətin180 manat olduğunu öyrənirik. Satıcılar bildirdilər ki, nisbətən yaşlı heyvanın əti ucuzdur. Lakin quzu ətinin kiloqramı 14 manatdan aşağı deyil.

Qurban bayramı ərəfəsində şəhərin müxtəlif yerlərində, yol kənarlarında heyvanlar kəsildiyi üçün ətraf ərazidə natəmizlik yaranır. Bu da sosial şəbəkələrdə Qurban bayramına qarşı çıxan kəsimin əlində arqumentə çevrilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ile ilgili görsel sonucu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, bu il kəsim yerləri ilə bağlı yeni addımlar atılacaq. Qurumdan bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar qurum ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir:

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadır tipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına veriləcək.

Paytaxtda və respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadır tipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək”.

Ä°lgili resim

Bildirilib ki, çadır tipli kəsim məntəqələri dezinfeksiya oluna bilən, tozun qarşısını alan xüsusi materialdan hazırlanıb:  “Məntəqənin daxili döşəməsi də xüsusi materiallardan hazırlanıb və drenaj sistemi ilə təmin edilib ki, bu da kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan, gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib. Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən daşınacaq. Prosesə nəzarəti Agentliyin, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=130785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728