BU İXTİSASLARI SEÇƏN TƏLƏBƏLƏR ABŞ-ın Cənubi Karolina Universitetinin diplomunu da əldə edəcəklər

01.08.2019 - 12:10

Aşağı təhsil haqqı ilə!

Qərbi Kaspi Universiteti ABŞ-ın Cənubi Karolina Universiteti ilə əməkdaşlığa başlayır. Tərəflər arasında razılaşmaya əsasən birgə tədris prosesi Qərbi Kaspi Universitetinin bazasında təşkil olunacaq və əsasən servis menecmenti sahəsini əhatə edəcək.

Dərslər Cənubi Karolina Universitetinin müəllimlərinin online və fiziki iştirakı olmaqla təşkil olunacaq.

Tədris proqramının sonunda tələbələr Qərbi Kaspi Universitetində seçdikləri ixtisasın diplomu ilə yanaşı Cənubi Karolina Universitetinin əlavə ixtisas diplomunu da alacaqlar.

Tədris proqramı əsasən aşağıdakı istiqamətləri əhatə edəcək:

✔ İqtisadiyyat
✔ Menecment
✔ Turizm menecmenti
✔ Otel idarəçiliyi, iaşə obyektlərinin idarə olunması, nəqliyyat xidmətlərinin göstərilməsi, onlayn ticarət
✔ Biznesin idaredilməsi
✔ İnformasiya texnologiyaları
✔ Kompüter mühəndisliyi
✔ Cihazqayırma mühəndisliyi
✔ Mexatronika və robototexnika mühəndisliyi
✔ Marketinq
✔ Beynəlxalq münasibətlər
✔ Regionşünaslıq
✔ Dövlət və bələdiyyə idarəetməsi

Short URL: http://www.cumhuriyyet.net/?p=131131

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728