DYP-dən küləklə bağlı sürücülərə müraciət

05.08.2019 - 19:54

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

Musavat.com-a daxil olan müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.

Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bundan əlavə, qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bu sadalananlara hər bir hərəkət iştirakçısına əməl etməyi tövsiyə edir!”

Short URL: http://www.cumhuriyyet.net/?p=131661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930