Plastik qablarda satılan qazlı sulardan gələn təhlükə – SOS!

07.08.2019 - 13:45

Bakı ətrafındakı mağazalarda bu cür suların saxlanma qaydalarına əməl edilmir

Yay aylarında insanlar qazlı sulardan daha çox istifadə edirlər. Bakının demək olar ki, hər küçəsində satılan bu cür içkilərin üzərində saxlanma şəraiti də qeyd edilib. Həmin qeyddə bildirilir ki, içkilər sərin şəkildə saxlanılıb, elə də qəbul edilməlidir. Mütəxəssislər də bildirirlər ki, plastik qabda olan qazlı suların Günəş şüaları altında saxlanması olduqca təhlükəlidir. Bu, zəhərlənməyə yol aça bilər.

Qazlı sulardan zəhərlənmə halları ilə bağlı indiyədək sosial şəbəkələrdə, xəbər portallarında yayılan xeyli məlumata rast gəlmək mümkündür. Məsələn, 2016-cı ildə Ağcabədi rayonunda məskunlaşmış Xocavənd sakini Murad Nəsirovun qazlı su içdikdən sonra zəhərləndiyi və dünyasını dəyişdiyi xəbəri yayılmışdı. Eləcə də diyetoloqlar bildirirlər ki, qazlı sulardan zəhərlənmə, allergiya halları baş verə bilər. Mütəxəssislərə görə, əsas məsələ qazlı suların necə və harada gəldi saxlanmasıdır.

“Yeni Müsavat”ın əməkdaşı olaraq şəhərdə olan dükanlarda müşahidə etdik ki, bu cür suların saxlanması qaydalarına heç də əməl edilmir. İri marketlər şəbəkəsində sular soyuducularda, Günəş şüası düşməyən yerlərdə saxlanılsa da, məhəllə mağazalarında vəziyyət fərqlidir. Xüsusilə də kiçik mağazaların daxilində yer az olduğu üçün, dükan sahibləri suları mağazanın çölünə, Günəş şüaları düşən yerə yığırlar. Plastik qablarda olan bu içkilər yayın istisində kifayət qədər qızır. Soyuducudakı içkilər satıldıqca, çöldəki içkilər içəri gətirilir. Bəzi hallarda bir günün içərisində həmin sular kifayət qədər qızır, sonra isə mənfi temperaturda saxladılaraq soyudulur.

Bazarlarda, dönərxanalarda da vəziyyət eynidir. Dönərxanalarda antigigiyenik hallar azmış kimi, bu cür içkilər də piştaxtaya yığılaraq, Günəş altında saxlanılır. Lakin bütün bunlara heç bir rəsmi qurumdan irad bildirilmir. Bunu biz yox, satıcılar bildirirlər. Satıcılar söylədilər ki, suların bu cür vəziyyətdə saxlanmasının məqsədəuyğun olmadığını onlar da yaxşı bilirlər: “Ancaq qoyacaq yerimiz olmadığı üçün məcbur qalıb mağazanın çölünə yığırıq. Ancaq bizə indiyədək heç bir qurumdan bu barədə irad bildirilməyib…”

Azad İstehlakçılar ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, ona da hər gün məsələ ilə bağlı müraciət edənlər az olmur: “Ümumiyyətlə, sularla bağlı çoxlu böyük müəmmalar var. Su təbiətin bir möcüzəsidir. Qoxusu, dadı, rəngi yoxdur və insanlar hiss üzvləri ilə onun keyfiyyətini müəyyən edə bilmirlər. Digər qidalarla bağlı isə bu, belə deyil. Ona görə də istisna olunmur ki, ən brend suyun belə bir hissəsi təmizlənir, bir hissəsi isə birbaşa olaraq şəbəkədən doldurulur. Mənə əhali müraciət edib deyir ki, necə olur litri 30 qəpiyə və litri 8 manata olan sular var. Yəni ölkədə su sahəsində böyük problem yaşanır. Suyun parametrini araşdırmaq üçün gərək onun 300 parametri üzərində analiz aparılsın. Plastik qablarda saxlanılan və isti havada çöldə olan suyu almaqdan insanlar imtina etməlidirlər. Artıq bu cür sular yararsızdır. Plastik qabın tərkibində olan kimyəvi maddələr isti havada suya keçir”.

Onu da qeyd edək ki, plastik qablardan imtina məsələsi uzun zamandır ki, Avropanın  gündəmindədir. Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əhaliyə bildirilir ki, plastik qablardan, sellofan torbalardan istifadə ətraf mühit üçün təhlükə yaradır. Çünki bu qablar uzun müddət çürümür, torpağa qarışmır, parçalanmır. Nəticədə ətraf mühitdə qalaqlanıb qalır. Avropa İttifaqı dünya okeanının çirklənməsinə səbəb olan birdəfəlik istifadə edilən plastik məhsullara məhdudiyyətin qoyulmasını təklif edib. Avropa Komissiyası bu məhsullarla bağlı yeni qaydaların gətirilməsi təklifini irəli sürüb. Təklifə əsasən, Aİ üzvü olan ölkələr plastik ərzaq və içki qablarının istifadəsini alternativ məhsullar istehsal edərək azaldacaq. Təklifə görə, Aİ üzvü ölkələr 2025-ci ilədək plastik qabların 90 faizini toplamaq məcburiyyətində olacaq.

Yəni ekspertlərə görə, plastik qablarda düzgün formada saxlanılmayıb, satılan sular insanlara, onların qabları isə təbiətə xeyli zərər vurur. Lakin hələ ki bu barədə ciddi məhdudlaşdırıcı tədbirlər görülmür. Mütəxəssislər bildirirlər ki, əgər rəngi olan qazlı suyu içərkən boya qoxusuna bənzər əlavə qoxu gəlirsə, o zaman həmin suyu içmək olmaz. Bu, artıq onun lazımi şəraitdə saxlanılmayıb, tərkibini dəyişdiyindən xəbər verir…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131829

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031