Məleykə Abbaszadə: “3 abituriyentin nəticəsini görüb ümumi fikir söyləyənlər məndən daha cəsarətlidir”

10.08.2019 - 17:50

“3 abituriyentin nəticəsini görüb qəbulla bağlı ümumi fikir söyləyənlər yəqin ki, məndən daha cəsarətlidir”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sosial şəbəkələrdə universitetlərə qəbul balları ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O mütəxəssis olaraq qeyd edib ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı müxtəlif fikir söyləməyə tərəddüd edər: “Nəticələr elan olunduqdan sonra il ərzində işləyirik, elmi tədqiqatlar aparırıq. Ona görə də bir günə kütləvi qəbul prosesi ilə bağlı nəticələri dərhal deyə bilmərəm. Təhsil sistemində hansı proseslər gedir və imtahan nəyi göstərdi, bax bunu ancaq elmi tədqiqat aparandan sonra demək olar. Mən indi ancaq ilkin nəticələri, statistik göstəriciləri deyə bilərəm”.

“İstərdim ki, bir il keçdikdən sonra ali təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb qərara gələk ki, icazə olsa I qrupda oxuyan tələbələr üçün monitorinq imtahanı keçirə bilək. Bu zaman həmin gənclərin akademik nəticələrinin özünü necə doğrultduğunu bilmək olar. Nəticədə onlardan əvvəlki tələbələrdən nə kimi fərqlərinin olduğunu demək olar. Yalnız bundan sonra kütləvi proses qiymətləndirə bilərik”- deyə DİM sədri fikirlərinə əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131974

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930