Əhali ən çox bu nəqliyyat vasitəsindən istifadə edir

01.09.2019 - 09:54

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 983,7 milyon sərnişin daşınıb, 2,1 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 2,2 faiz artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,4 faiz azalaraq 134,4 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 1 milyon 481,7 min və ya 8,4 faiz çox sərnişin daşınıb.
(Trend)

Short URL: http://www.cumhuriyyet.net/?p=132158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31