Bu ərazilərdə qaz olmayacaq – DİQQƏT
Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq.
Bu barədə “Cümhuriyyət”ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.
Bundan başqa paytaxtda Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qurup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=132186