Ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb

02.09.2019 - 17:03

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən “Cümhuriyyət”ə verilən məlumata görə, boş qalan plan yerlərinə qəbul olan abituriyentlər bu gün saat 17:00-dək sənədlərini daxil olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər.
Boş qalan plan yerlərinə qəbul olanların sayı 1359 nəfərdir. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat avqustun 23-dən sentyabrın 2-dək aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132243

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31