Qanunsuz fəaliyyət göstərən dini mağazalar aşkarlanıb

02.09.2019 - 17:47

895d6d133e59298Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Sumqayıt şəhərində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 2 mağazada reyd keçirib.

Komitədən “Cümhuriyyət”ə verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Sumqayıt şəhəri 17-ci və 5-ci mikrorayonlar ərazisində yerləşən “Fatimə” dini mağazalarına keçirilən reydlər zamanı həmin mağazaların ixtisaslaşdırılmış satış məntəqəsi kimi fəaliyyətinə müvafiq icazənin verilməməsi aşkar olunub və qeyri-qanuni formada satışını həyata keçirdikləri dini təyinatlı mal və məmulatlar müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntularının hüquq-mühafizə orqanları ilə birlikdə araşdırılması davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=132252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31