Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı artıb

03.09.2019 - 10:53

Bu ilin avqust ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı iyul ayı ilə müqayisədə 17 faiz bəndi artıb.

APA-Economics”in “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, sentyabrın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 60,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 48,5 faiz bəndi çoxdur.

Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə “Pinterest” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı avqust ayı ərzində 17,6 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin sentyabrın 1-nə 15,2% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 62,3 faiz bəndi çoxdur.

Bu ilin avqust ayı ərzində ölkə üzrə “YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 23,2 faiz bəndi azalıb. Sentyabrın 1-nə olan məlumata əsasən, “YouTube” Azərbaycan sosial media bazarında 9,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: “Instagram” – 3,53%, “Twitter” – 8,99%, “VKontakte” – 1,44%, “Google+” – 0,03% və s.

Short URL: http://www.cumhuriyyet.net/?p=132282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31