Akademik Musiqili Teatrda mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq

02.09.2019 - 19:58

Bu gün tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 yaşı tamam olur.

Qeyd edək ki, Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrıda quruluşçu rejissor, 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib.

Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik  Musiqili Teatrının)  quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək bu teatrın baş rejissoru olub və “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Səhnədə məhəbbət”, “Qısqanc ürəklər” və s. tamaşalara quruluş verib. O, Prezident mükafatçısı idi, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdu.

110-cu mövsümünə qədəm qoyan Akademik Musiqili Teatrının kollektivi hər zaman Yusif Əkbərovu gözəl insan və istedadlı rejissor kimi xatırlayır. Yaxın günlərdə teatrda Yusif Əkbərovun xatirəsinə onun quruluş verdiyi “Qızıl toy” (O.Kazımi, R.Heydər) tamaşası  nümayiş etdiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132302

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930