Nazirlər bir-bir YAP qərargahında hesabat verəcək – RƏSMİ

03.09.2019 - 16:21

imagesYeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

Bu barədə hakim partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumata əsasən layihənin məqsədi prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur. Sentyabrın 10 –da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, nazirlərin və digər yüksək vəzifəli şəxslərin YAP qərargahında hesabat xarakterli mətbuat konfransları keçirməsi ənənəsi ötən əsrin 90-cı illərinin sonlarında, 2000-ci illərin əvvəllərində mövcud idi. Bu mətbuat konfransları bütün KİV-lər üçün açıq olurdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=132349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31