Yarım milyonluq müqavilə bağlanan şirkət ölkədən qanunsuz pul çıxarıb

03.09.2019 - 17:57

скачанные файлыAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb. Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.

“AzPolitika.info” “Turan”a istinadla xəbər verir ki, Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).

Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.

“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.

Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=132366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31