Meriya sahibkarlardan nə istəyir? – RƏSMİ CAVAB

04.09.2019 - 15:53

DCIM100GOPROGOPR0079.

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqların günün tələbləri səviyyəsinə çatdırılması, yeni yaşıl guşələrin yaradılması və saxlanılması barədə müraciət edib.

Bu barədə Lent.az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, meriya sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə ancaq tövsiyə verib:
“Obyektlərin qarşısında gözəl guşə zövqlə olmalıdır. Həmin yaşıllıqları sahibkarlar, rəhbərlər özləri seçməlidir və onlar elə olmalıdır ki, əraziyə yaraşsınlar. Bununla bağlı isə BŞİH tərəfindən heç bir tələb yoxdur”.
Qeyd edək ki, Yaşıl guşələrin yaradılması və qorunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq Sərəncam imzalayıb. Sənəddə bildirilib ki, ölkə rəhbərinin siyasəti nəticəsində Bakı şəhəri ciddi inkişaf nümayiş etdirib, şəhərin yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsində sahibkarlar, idarə və müəssisə rəhbərləri tərəfindən ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcüddur.
Bildirək ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulan ərazilərə şamil edilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=132424

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31