Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb

04.09.2019 - 16:04

6000Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.

Trend-in məlumatına görə, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32 891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.

Müəssisələrdəki xəstələnmə hallarının 26 034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.

Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16 933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=132430

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31