Ailə münaqişələri nəticəsində 56 nəfər öldürülüb

05.09.2019 - 09:59

2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib.

Keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub.
Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır.
Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib.
2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub.
Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin çoxunun – 947-nin (729-u qadın olub) sağlamlığına qəsdən yüngül zərər vurulub.
Zərərçəkənlərin 80-i qadın olmaqla isə 119 nəfərin sağlamlığına qəsdən az ağır, 22-si qadın olmaqla, 45 nəfərin sağlamlığına qəsdən ağır zərər vurulub.
Ümumilikdə 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7 304 nəfər xəsarət alıb. Onların 2 339-u qadın olub. Xəsarət alanların 234-ü (166 oğlan, 68 qız) uşaqlardır.
Keçən il törədilən cinayətlər nəticəsində 1 226 nəfər ölüb ki, onların da 895-i kişi, 331-i qadın olıub. Ölənlərin 87-si uşaq olub.
(Trend)

Short URL: http://www.cumhuriyyet.net/?p=132465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31