“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb – 1 nəfər …

05.09.2019 - 12:07

YUNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.

Təhsil Nazirliyindən “Cümhuriyyət”ə verilən xəbərə görə, proqram üzrə bir nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.

Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq.

Təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31