Azərbaycana qida məhsulları idxal edən şirkət 17 min avro cərimələnib

05.09.2019 - 17:14

6270860b-5436-4e30-bbff-d0611001b6f2Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Food Fruit Vegetables” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report”un xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək 85 min avro valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 17010 avro məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan MMC-nin direktoru R.Ə.Seyidməmmədov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Food Fruit Vegetables” qida, meyvə və tərəvəz məhsullarının idxalı ilə məşğul olan şirkətdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132530

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930