Siyavuş Novruzovdan müxalifətə ÇAĞIRIŞ
“Məhərrəmlik ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr daha yaxşı olar”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bəzi insanlar var ki, müəyyən xəstəliklərdən əziyyət çəkir: “Onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir”.
S. Novruzov insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: “ İnsanlar özünü döymə, baş yarma hallarına yol verməsinlər”.
S. Novruzov həmçinin müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib: “Onlar nə ağac əkir, nə qan verir. Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər qan versinlər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=132551