Aşura günü qanvermə aksiyaları bu məkanlarda keçiriləcək – SİYAHI

06.09.2019 - 14:44

Bu il Aşura günündə Azərbaycanda qan veriləcək məkanlar açıqlanıb.

Bu barədə “Cümhuriyyət”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il qanvermə aksiyası ölkədə 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.
Bakı şəhərində 8 rayon üzrə 15 yer ayrılıb:
– Binəqədi rayonu “İmam Əli məscidi”,
– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “MirMövsüm ağa Ziyarətgahı”,
– Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
– Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi,
– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı məscidi, “İmam Rza” məscidi
– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
– Suraxanı rayonu “Qaracuxur məscidi”,
– Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli”, “Hacı Cavad” məscidi.
Regionlardakı ünvanlar:
– Gəncə şəhəri “İmamzadə kompleksi”,
– Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi,
– Mingəçevir şəhəri “Heydər məscidi”,
– Sumqayıt şəhər “Cümə” məscidi,
– Şəki şəhəri “İmam Əli” məscidi,
– Mərkəzi Qan bankının Şırvan bölməsi,
– Ağcabədi Rayon Mərkəzi xəstəxanası,
– Beyləqan Rayon Mərkəzi xəstəxanası,
– Bərdə rayonu “Bərdə İmamzadəsi”,
– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim evi),
– Cəlilabad Rayon Mərkəzi xəstəxanası,
– Göyçayda “Əbülfəzlil Abbas” məscidi,
– Xaçmaz şəhər məscidi,
– Salyan Hacı Tağı məscidi
– Ağsu rayon mərkəzi xəstəxanası,
– Qan bankının Quba bölgəsi,
– Masallı şəhər Cümə məscidi.
Qeyd edək ki, aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Həmçinin Məhərrəm ayı sentyabrın 1-də başlayıb, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=132586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31