Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqənin nəticəsi açıqlanıb

06.09.2019 - 15:33

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Fonddan “Cümhuriyyət”ə verilən məlumata görə, Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib,  1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvü olub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar rəssam fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.
Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir.  Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=132591

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31