Azərbaycan yığması Rumıniyaya qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, Rumıniya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurublar.
Qeyd edək ki, yığma sabah Çexiya ilə qarşılaşacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=132612