Keçmiş həyat yoldaşının ərini bıçaqladı – HÖKM
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Mahir Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Neymətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məlum cinayət hadisəsi bu il Nizami rayonuÇobanzadə küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Mahir Neymətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran, 1995-ci il təvəllüdlü Azad Ağayevlə dava edərək onu bıçaqlayıb.
Daha sonra Mahir Neymətov keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=132617