Azyaşlılara tütün və spirtli içkilər satan şəxslər məsuliyyətə cəlb olunub

07.09.2019 - 13:31

Bakının Qaradağ rayonunda azyaşlılara tütün məmulatı və spirtli içkilər satan şəxslər məsuliyyətə cəlb olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, rayon ərazisində 2 ünvanda tütün məmulatı, 3 ünvanda isə spirtli içki satılması faktı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bildirilib ki, rayon ərazisində bu hallara yol verən satıcılarla profilaktik söhbət aparılıb, onlara əməllərinin hüquqa zidd olması izah edilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən bu istiqamətdə təbdirlər davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=132646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31