Deputat dərsliklərdəki Ermənistan bayraqlarından YAZDI

09.09.2019 - 11:18

“Dərsliklər xalqımızın mənəviyyatına uyğun olmalıdır”.

“Cümhuriyyət” xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında deputat Naqif Həmzəyev yazıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də “Təhsil millətin gələcəyidir” sözləridir:
“Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi qayğı ilə yanaşaraq bildirib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir. Başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur. Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.
Özəl nəşriyyatların çap etdiyi dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur?”.
N.Həmzəyev əlavə edib ki, təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır və aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=132689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31