Yayda qida zəhərlənməsi ilə bağlı 119 müraciət daxil olub

09.09.2019 - 14:32

“2019-cu ilin iyun, iyul və avqust ayları ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 4738 müraciət daxil olub”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, müvafiq dövrdə qida zəhərlənmələri ilə bağlı Agentliyə 119 müraciət daxil olsa da, onlardan yalnız 36-sı öz təsdiqini tapıb:

“Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Qida zəhərlənmələri ilə bağlı məlumatların 89-u Bakı şəhəri (24-ü öz təsdiqini tapıb), 16-sı Sumqayıt şəhəri, 6-sı Abşeron, 1-i Tovuz, 1-i Xaçmaz, 1-i Quba, 1-i Lerik, 2-si Qəbələ, 1-i Şabran,  1-i İsmayıllı rayonundan daxil olub”.

Short URL: http://www.cumhuriyyet.net/?p=132717

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31