AQTA heyvanların daxili orqanları və dərisini antisanitar şəraitdə emal edən sex aşkarladı

09.09.2019 - 17:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində monitorinqləri davam etdirir. Həyata keçirilən monitorinqlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Gəncə şəhəri, Ə. Əliyev küçəsi, ev 307 a ünvanında fəaliyyət göstərən fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçirilib.
Bu barədə “Cümhuriyyət”ə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, baxış zamanı məlum olub ki, sexdə iri və xırdabuynuzlu heyvanların dərisinin qəbulu, ilkin emalı, tədarükü və daxili orqanlarının təmizlənməsi prosesi texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət olunmadan həyata keçirilir.
Aşkar olunub ki, müəssisədə iri və xırdabuynuzlu heyvanların dərisinin ilkin emalı zamanı baytarlıq-sanitariya qaydaları kobud şəkildə pozulur, heyvanın dərisinin qəbulu və daşınması baytarlıq şəhadətnaməsi olmadan həyata keçirilir. Sexdə emal edilən məhsulların və xammalın sağlam təsərrüfatlardan qəbulu şübhə doğurduğundan və sözügedən müəssisədə yoluxucu xəstəlikərin ətraf mühitə yayılma riski yüksək olduğundan aşkarlanan nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132737

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930