Mübariz Qurbanlı uşaqlarını məscidə aparan valideynlərə müraciət edib

10.09.2019 - 13:24

f41980f0-0e85-4787-98cf-164c0c140bca“Azərbaycanda keçirilən dini mərasimlərə insanların gəlişi özlərinin istəyindən asılıdır”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İslama görə məscidlərə gəliş sərbəstdir: “İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar”.

Dövlət Komitəsinin sədri əlavə edib ki, “Dini etiqad azadlığı haqqında” qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir: “Dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə məscidə, kilsəyə, o cümlədən sinaqoq və ya digər ibadət yerinə getməsi onun azad seçiminə bağlıdır. Vətəndaş özü müəyyən edir, istəyər gedər, istəyər yox. Azərbaycanda “Dini etiqad azadlığı” haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=132780

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31