Polkovnik Birinci vitse-prezidentlə görüşmək istəyir

11.09.2019 - 11:35

Qarabağ və Əfqanıstan müharibələri veteranı polkovnik Ağa Fəttahov Birinci vitse – prezident Mehriban Əliyevanın qəbuluna getmək qərarına gəlib.

Bu barədə ANAXEBER.az-a Ağa Fəttahovun özü məlumat verib.

Polkovnik bildirib ki, Mehriban Əliyeva ilə görüşdə məqsəd hərbçilərin və veteranların problemlərini onun diqqətinə çatdırmaqdır:

“Bu gün hərbçilərin və  veteranların xeyli problemi var. Ölkə rəhbərliyi hərbçilərə və veteranlara qayğı göstərsə də, bəzi məmurlar buna kölgə salır. Məsələn, elə özüm barədə bir faktı diqqətinizə çatdırım. Cənab Prezidentin fərmanı ilə mənzillə təmin olunmalıyam. Lakin hələ də bu məsələ həllini tapmayıb. Əlbəttə mən bu barədə ölkə rəhbərliyini deyil, onun müsbət addımlarına kölgə salan bəzən məmurları suçlu bilirəm və istəyirəm ki, onlarla bu cür faktı Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da diqqətinə çatdırım. Ümid edirəm ki, onunla görüşümün problemrlərin həllində mühüm rolu olacaq”, – deyə Ağa Fəttahov bildirib.Qeyd edək ki, Ağa Fəttahov 1980-ci ildə Bakı Ali Hərbi Məktəbinə daxil olub. İlk hərbi xidmətini Ukraynada başlayıb, bunun ardınca Əfqanıstana gındərilən zabit 1985-87-ci illlərdə burda hərbi əməliyyatlarda iştirak edib və çox az sayda şəxslərdən olub ki, sağ olaraq Qırmızı Ulduz nişanına təltif görülüb. Əfqanıstan müharibəsindən sonra keçmiş Sovetlər Birliyinin ərazisində xidmətini davam etdirən Fəttahov 1990-cı ilin 20 yanvar hadisələrində sovet ordusunun Bakıda törətdiyi qətliama etiraz olaraq nümayişkəranə şəkildə paqonlarını qoparıb yerə atıb. Vətənpərvər zabit I Qarabağ savaşının ilk günlərindən Milli Ordu sıralarına qoşulub və peşəkar zabit kimi şərəfli döyüş yolu keçib. Savaşda göstərdiyi qəhrəmanlığa görə 1992-ci ilin mart ayında vaxtından əvvəl mayor rütbəsinə layiq görülüb.1995-ci ildə ailə vəziyyəti ilə əlaqədar ordu sıralarından tərxis olunması üçün Müdafiə Nazirliyinə müraciət edən mayor Fəttahovun peşəkarlığı və xidməti nəzərə alınaraq o, hərbi komissarlıq sisteminə keçirilir və Şuşa və Xocalı rayonlarının hərbi komissarı təyin olunur. Daha sonra 2006-cı ildə Lerik , 2008-ci ildə Tovuz rayonunun hərbi komissarı kimi çalışır. 2012-ci ilin avqustunda yaşa görə təqaüdə göndərilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132829

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30