Parlament partiyaları dəyirmi masada nə üçün olmadı ?

11.09.2019 - 17:49

84d5a92a8a456255682bc0251c38c071Bu gün Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə “Park İNN” mehmanxanasında “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən tədbir bir sıra cəhətlərinə görə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, sözügedən tədbir əsasən siyasi partiyaların birgə müzakirəsinə və xarici müdaxilələrə qarşı siyasi partiyaların vahid iradəsinin ortaya qoyulmasına hədəflənib.

Tədbirin təşkilatçısı olan AVP sədri, deputat Fəzail Ağamalı belə bir fikir səsləndirib ki, yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tədbirə dəvət edilməyib. AXCP istisna olmaqla ölkədəki əksər partiyalara dəvət göndərilib.

Ancaq qəribədir ki, Milli Məclisdə təmsil olunan bir sıra siyasi partiyalar bu tədbirdə iştirak etməyib. Parlament partiyalarından YAP, BAXCP, BQP, Vəhdət Partiyası iştirak etsə də, digərləri gözə dəyməyib. Konkret olaraq Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Demokratik İslahatlar Partiyasının liderləri toplantıda görünməyiblər.

7

Xatırladaq ki, müxalifət cəbhəsindən tədbirə dəvət olunan KXCP sentyabrın 10-da bəyan etmişdi ki, bu toplantıda iştirak etməyəcək. Eləcədə, Müsavat Partiyası tədbirin formatını əsas gətirərək müzakirələrə qatılmaqdan imtina edib.
Ancaq parlamentdə təmsil olunan və hakimiyyətin siyasi xəttini müdafiə edən bir neçə partiyanın iqtidar üçün son dərəcə əhəmiyyətli hesab olunan mövzuda keçirilən müzakirələrə qatılmaması maraq doğurur. Başqa sözlə, Milli Məclisdə təmsil olunan 12 siyasi partiyadan yalnız 5-i müzakirələrdə iştirak edib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə əməkdaşımıza deyib ki, o, tədbirə dəvət edilsə də, işi çıxdığı üçün toplantıya qatılmayıb.

AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=132867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31