Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər

12.09.2019 - 12:22

77adf6b0-d8a1-422e-bc03-86f277fcc57bGürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın üç, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştitak edir.

Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. İştirakçılar təbii divara dırmanma, çayı keçərkən maneələrin dəf olunması, təxliyyənin təşkili və tibbi qaydaları öyrənirlər.

Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlim kursuna sentyabrın 16-da yekun vurulacaq. Kursu başa vuran hərbçilərə sertifikatlar təqdim olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=132894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31