“Qarabağ” azarkeşləri UEFA-nın hesabatında birinci yerdə

12.09.2019 - 15:04

5088b21b-4b3f-485b-96a9-a979b709ababUEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşlərinin ən aktiv olduğu klubun adını açıqlayıb.

“Report” xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya “Srvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi “Real Madrid”dir – 222 milyon.

Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klubun ümumilikdə 8,4 milayrd izləyicisi var.

Qeyd edək ki, hesabat hazırlanarkən, “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”də bu ilin iyul ayı üçün göstəricilər nəzərə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132910

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31