APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.
Onun sözlərinə görə, yay mövsümündə bəzi qidalar var ki, onların sanitar-gigiyena normalarına əməl edilməsi vacibdir. Bu da normativ texniki sənədlərlə müəyyən edilib: “Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında olur, həmin qidalarda texnoloji ardıcıllığa, sanitar-gigiyenik normalara riayət olunmur. Eyni zamanda heyvan mənşəli və digər məhsullardan istifadə də burada xüsusi yer tutur. Araşdırmalar davam etdirilir. Qeydə alınan kütləvi zəhərlənmələrlə bağlı sənədlər aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi şəxslər artıq məsuliyyətə cəlb olunub. Burada sahibkarlıq subyektləri, ictimai iaşə müəssisələri birbaşa məsuliyyət daşıyırlar”.