Gəncədə dəhşət: anası tərəfindən döyülən körpə evdən qaçdı

14.09.2019 - 13:17

Gəncədə 11 yaşlı qız anası onu döydüyü üçün evdən qaçıb.

“Report”un Qərb Mərkəzi xəbər verir ki, evdən qaçan A.H-nın (ad, soyad şərti) qonşuları onun küçədə yatdığını görüb və məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə məlumat veriblər.

Araşdırma zamanı 2008-ci il təvəllüdlü qız anasının onu dəfələrlə döydüyünü və bundan bezərək evdən qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional Mətbuat xidmətindən “Report”un Qərb Mərkəzinə bildirilib ki, 11 yaşlı qızın anası tərəfindən döyüldüyü məlum olsa da onun bədənində işgəncə və xəsarət izi aşkarlanmayıb. Məsələ ilə bağlı qadının izahatı alınıb və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) əsasında araşdırma aparılır.

Qeyd edək ki, qadın həyat yoldaşından ayrı yaşayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31