Bundestaq sədri: “Almaniya Qarabağ münaqişəsinin sülh yolu həllini istəyir”

14.09.2019 - 13:25

“Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq normaların tələb etdiyi şərtlərə sadiqdir və münaqişənin tezliklə sülh yolu və ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir”.

Bunu “Report”un Avropa bürosuna Almaniya Bundestaqının (parlament) sədri Volfqanq Şoyble bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sabitliklə bağlı zəmanətin güclənməsi deməkdir.

Bundestaqın sədri Almaniyanın Azərbaycanla münasibətlərinə də toxunub: “Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır. Bizim eyni zamanda parlamentlərarası əlaqələrimiz də güclüdür. Biz yaxın zamanlarda qarşıqılı səfərlərin sayını artırmaqla bu əlaqələri, birgə layihələrin reallaşmasını daha da gücləndirə bilərik”.

Qeyd edək ki, Almaniya Bundestaqının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn ilin əvvəlində Azərbaycana səfər edəcək. Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31