Neymarın “Barselona”ya dönüşünün baş tutmamasının səbəbi bəlli olub

14.09.2019 - 13:43

İspaniya təmsilçisi “Barselona”nın sabiq prezidenti Joan Kaspar Fransa PSJ-nin futbolçusu Neymarın Kataloniya klubuna dönüşünün baş tutmamasının səbəbini açıqlayıb.

“Report”un verdiyi məlumata görə, keçmiş rəhbər 27 yaşlı braziliyalı hücumçunu “Barselona”ya qayıda bilməməsi ilə bağlı “El Larguero”ya bunları söyləyib: “Yekunda PSJ 300 milyon avro istədi. Neymar oyun keyfiyyətlərinə görə müstəsna bir futbolçu olsa da, onun keçidinin mümkünsüz olduğu ortaya çıxdı. Hərçənd “Barselona” bunun üçün böyük səy göstərdi”.

Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə – 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.

Short URL: http://www.cumhuriyyet.net/?p=133034

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31