Gəncədə 2 şəxsi cərəyan vurub, 1-i ölüb, digəri xəstəxanaya yerləşdirilib

14.09.2019 - 14:23

Bu gün səhər saat 10.50 radələrində Gəncə şəhəri yaxınlığında “ATEF” Şirkətlər Qrupunun 2 işçisi ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib.

“Report”un məlumatına görə, Tatlı stansiyasının hər iki yolunun kontakt şəbəkəsində əsaslı təmir işlərinin aparılması üçün cəlb olunan “ATEF” Şirkətlər qrupunun işçiləri Daşqın Mustafayev və Zaur Həsənov kontakt şəbəkəsində yüksək gərginliyin açılmasını gözləmədən həmin şəbəkənin dayağına çıxaraq işə başlayıb və nəticədə yüksək gərginlik altına düşüblər.

Hadisə nəticəsində Daşqın Mustafayev dünyasını dəyişib, Zaur Həsənov isə xəsarət aldığından Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda baş vermiş bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133044

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31