“RÜŞVƏT İSTƏYƏN MƏMURLARI GÜLLƏLƏYİN!” – Prezident xalqa müraciət etdi

14.09.2019 - 14:41

Öz qeyri-adi və sərt qərarları ilə tanınan Filipin prezidenti Rodriqo Duterte vətəndaşları onlardan rüşvət tələb edən məmurları güllələməyə çağırıb.

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, prezident özü şəxsən buna icazə verdiyini deyərək, belə məmurları yalnız ayaqlarından güllələməyi məsləhət görüb.

Duterte rüşvət istəyən məmuru ayağından güllələyənləri həbs cəzası gözləmədiyini, uzağı müəyyən fiziki cəza alacaqlarını deyib: “Əgər siz vergi və sair müəyyən edilən ödənişləri edirsinizsə və bu axmaqlar sizdən rüşvəti tələb edirlərsə, onları vurun. Əgər sizdə silah varsa, onlara atəş aça bilərsiniz. Amma onları öldürməyin, çünki əks halda siz təhqiqatlar nəticəsində əfv olunmaya bilərsiniz”.

Prezidentin fikrincə, korrupsiya Filipinin çox ciddi probleminə çevrilib. “Bu, demək olar ki, hökumətdə təmsil olunan hər kəsin daxilində olan bir qurddur” deyən ölkə başçısı, vətəndaşları öz hüquqlarını müdafiə etməyə, korrupsiya əməli haqqında məlumat verməyə çağırıb.

R.Duterte hətta deyib ki, əgər bu haqda ona məlumat verilsə, şəxsən özü həmin məmuru yanına çağıracaq və vətəndaşa rüşvət tələb edən məmurun üzünə sillə vurmağa icazə verəcək.

2016-cı ilin mayında prezident postunu tutan və ixtisasca hüquqşünas olan, uzun müddət vəkil işləmiş R.Duterte qanunu pozanlarla, xüsusilə də narkotik ticarətilə məşğul olanlarla mübarizədə çox sərt və qəddar üsullardan istifadə etməsilə tanınıb. Hətta çoxlu sayda qanun pozucusunun məhkəməsiz, sorğu-sualsız güllələnməsinə dair məlumatlar mövcuddur. BMT ekspertləri və hüquq-müdafiə təşkilatlarının çoxsaylı müraciətlərinə və tənqidlərinə bvaxmayaraq, Filipin prezidenti öz metodlarından imtina etmək niyyətində deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133054

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930