“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

16.09.2019 - 15:23

575d7f6c72747e5Sentyabrın 16-da Bakı dəmir yolu vağzalında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin imza günü keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədrinin birinci müavini Əlirza Süleymanovun da iştirak etdiyi görüşdə Çingiz Abdullayev bilik günü münasibəti ilə oxucuları təbrik edib: “Məktəbliləri görəndə atamın məni məktəbə apardığı illəri xatırladım. Sevinirəm ki, qızlarımız bu gün təhsil alırlar, oxuyurlar”.

O, yazıçıların tarixin sınağından hər zaman keçdiyini vurğulayıb: “Mən hər dəfə Gəncəyə gedəndə baxıram, oranın nə qədər hakimi olub, ancaq heç birinin abidəsi yoxdur, Nizaminin abidəsi isə var”.

Ç. Abdullayev Azərbaycanda kitab mağazalarının çoxalmasına sevindiyini vurğulayıb: “Kitab mağazaları nə qədər çox olsa, o qədər yaxşıdır. Vaxtı ilə Qız Qalasının yanında kitab mağazası var idi. Oranı bağlayıb” kalqotka” mağazası və bərbərxana elədilər. Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm, saçımı da görürsünüz, bərbərə ehtiyac yoxdur. Amma sevindiricidir ki, Bakıda yenidən kitab mağazaları fəaliyyət göstərməyə başlayır. Deyəndə ki, Azərbaycan xalqı ticarət xalqıdır, mən özümü təhqir olunmuş hesab edirəm. Çünki müsəlman Şərqində ilk opera, ilk balet bizdə yaranıb. Bunları yaradanlar məgər kitab oxumayıb? Belə dühalar yaradan xalq necə ticarətçi demək olar”.

Daha sonra Ç. Abdullayev kitablarını imzalayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133108

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31