Azərbaycan avtomobil idxalını 90% artırıb

16.09.2019 - 16:55

c3828b1f-ca2e-42cb-bf4f-18bb2fa40d40Bu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən “Cümhuriyyət”ə bununla bağlı bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 661 ədəd, yaxud 90% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 146 ədəd və ya 2,5 dəfə artaraq 246 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 11 563 ədəd və ya 92% artaraq 24 088 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 938 ədəd və ya 69,8% artaraq 2 262 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22 ədəd və ya 28,6% artaraq 99 ədəd olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=133116

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31