Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib

17.09.2019 - 14:36

215d80b03f1c1e1Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6 205,02 ABŞ dolları olan 966,7 ton çay ixrac edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında Azərbaycandan xaricə ixrac edilən çayın dəyəri 3,3%, həcmi isə 9,1% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında çayın ümumi ixracdakı payı cəmi 0,05% təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 251,47 min dollar təşkil edən 8 733,7 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, demək olar ki, dəyişməsə də (cəmi 0,01% azalma), dəyəri 1,2% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,37% təşkil edib.

Göründüyü kimi, cari ilin ilk səkkiz ayında Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133174

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31