Aşurada zəncirvurma hallarına sədrdən MÜNASİBƏT

17.09.2019 - 17:04

“Azərbaycanda Aşura çox sakit şəraitdə keçdi. Demək olar, hər hansı bir qanun pozuntusuna yol verilmədi. Həm mömin insanlar, həm də məscidlərdə çalışan insanlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, hər bir vətəndaş Aşura ilə bağlı sərbəst şəkildə həmin dini mərasimlərdə iştirak etmək imkanı əldə edib: “Biz də bu prosesdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə qanvermə aksiyasında iştirak etdik. Minlərlə Azərbaycan vətəndaşı qanvermə aksiyasında iştirak etməklə, bu prosesdə həmrəylik nümayiş etdirdi”
M. Qurbanlı bəzi yerlərdə zəncirvurma hallarının baş verməsi ilə bağlı məlumatlara da münasibət bildirib. O qeyd edib ki, zəncirvurma halları Aşura mərasimi keçirilən ölkələrdə özünü büruzə verir: “Bu, dinimiz tərəfindən də qəbul olunmayan bir haldır. Ancaq çox təəssüf ki, bəzi ölkələrdə biz bunu görməkdəyik. Azərbaycanda 15 il və ya ondan da əvvələ nəzər salsaq, belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. Hesab edirik ki, bu hallar da keçmişdən qalıb və gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31