“Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” – Komitə sədri

18.09.2019 - 12:45

modern.az_a_15 (1)““İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi artıq hazırdır. Qanun layihəsini bütün müvafiq qurumlara göndərmişik. Onlardan müsbət rəy almışıq. Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Adətən payız sessiyasında büdcənin müzakirəsini aparırıq. Ancaq çalışacağıq ki, bu sessiyada müzakirəyə çıxaraq”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, belə bir qanun Azərbaycanda əvvəllər də olub:

“Ancaq parktik olaraq işləməyib. Öncə o qanun layihəsində dəyişiklik etmək istədik. Ancaq gördük ki, məsələ təkcə dəyişikliklə başa gəlmir. Ona görə də yeni qanun layihəsi hazırladıq. Bu, çox vacib məsələdir. Həm meyitdən, həm də sağlam insandan orqan köçürülməsi həyata keçiriləcək. Ümumilikdə bu qanun layihəsində orqan transplantasiyasında olan bütün problemlər öz əksini tapıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31