Mədəniyyət Nazirliyində kadr TƏYİNATLARI

18.09.2019 - 14:00

9773a3ad-86a6-4612-bcf3-5776be39abb2C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru və Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrinə yeni təyinatlar olub.

Mədəniyyət Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrləri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə, Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunub.

Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=133241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31