250 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayacaq

18.09.2019 - 16:28

2019-cu ilin oktyabr ayından 32 bölgədə daha 250 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayacaq.

Təhsil Nazirliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, 2019-2020-ci tədris ili üzrə icma əsaslı məktəbəqədər təhsil qruplarında 6400 uşağın təlimə cəlbi nəzərdə tutulur. 20 nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər həftədə 4 dəfə, 2-2.5 saat olmaqla keçirilir. Qruplarda tədrisi aparan təlimçilər artıq müəyyənləşdirilib, 3-4 yaşlı erkən uşaq inkişafı ilə bağlı kurikulum və iş dəftərləri hazırlanıb. Bundan başqa, uşaqların inkişaf dinamikasını ölçmək üçün qiymətləndirmə alətləri də müəyyənləşdirilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası – sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

İcma əsaslı uşaq tədris mərkəzlərinin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları ilə təmin edilib.

Növbəti ildən isə əlavə olaraq 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması planlaşdırılır. Bununla da, məktəbəqədər təhsilə cəlb olunan 3-4 yaşlı uşaqların sayı ümumilikdə 12400 nəfərə çatdırılacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin oktyabr ayından etibarən UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi əsasında ilk olaraq 14 bölgədə yerləşən ümumi təhsil müəssisələrinin bazasında 95 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb.

İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133257

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31