Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

18.09.2019 - 17:00

680c75dd-2f72-467d-8082-8cb1b80e5df6Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə daha 8 xal alaraq inamlı qələbəyə nail olub – 13:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk belə uğurunu 2009-cu ildə Almaniyanın Dortmund şəhərindəki mundialda əldə edib.

Hazırda Azərbaycan millisinin aktivində 1 dəst medal var. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Stadnik həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Digər qadın güləşçilərdən Elis Manolova (65 kq) bürünc medal uğrunda güləşəcək, Tatyana Omelçenko (59 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Hər iki qarşılaşma sentyabrın 19-da olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133260

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31