Müharibə bölgələrində əziyyət çəkən azərbaycanlı uşaqlar Vətənə gətirilib

19.09.2019 - 14:29

5f7babc2-bac7-41d6-9f67-463fce27304d“Azərbaycanda bəzi ailələr övladlarına təhsil vermək əvəzinə, şirnikləndirici vədlərə aldanaraq uşaqları ilə birlikdə müharibə bölgələrinə üz tuturlar”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, müharibə bölgələrində əziyyət çəkən bir neçə azərbaycanlı uşaq Vətənə gətirilib: “Həmin uşaqların şəxsiyyət və normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır. Çünki 3-4 yaşındakı uşaqlar şahidi olduqları hadisələri elə danışırlar ki, üzlərində nəinki hansısa ifadə, heç təəssüf, qorxu hissi də olmur. Artıq onların hissləri daşlaşıb. Bu baxımdan, onların cəmiyyətə hansı formada buraxılmasını təsəvvür etmək belə qəlizləşir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133299

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31