BDU rektoru idarə rəisini özünə müşavir təyin edib

19.09.2019 - 15:14

172197Bakı Dövlət Universitetinin (BDU) rektorunun daha bir müşaviri işdən çıxarılıb.”Report” xəbər verir ki, bununla bağlı rektor Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov tutduğu vəzifədən azad edilib. E.Babayevin digər əmri ilə bu vəzifəyə Mirzə Mirzəyev təyin olunub.

M.Mirzəyev bu təyinata qədər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Suraxanı rayonundakı 11 saylı idarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bu ilin may ayında BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb. Həmçinin E.Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik – Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir və Ümumi məsələlər üzrə müşaviri vəzifələri təsis olunub. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.
BDU rektorunun elm və təhsil üzrə müşaviri vəzifəsi isə boşdur.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930