Məşğul şəxslərin reyestrinin aparılması və istifadə qaydası təsdiqlənib

20.09.2019 - 11:07

780663a1-c1e0-46da-995a-39665e538337Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiqləyib.

“Cümhuriyyət” məlumat verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Vahid informasiya ehtiyatı olan reyestrin istifadəsi və mühafizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təmin ediləcək.

Qərarda qeyd olunub ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən ƏƏSMN-ə təqdim olunacaq. Həmçinin ailə kəndli təsərrüfatının üzvləri barədə – onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən, Silahlı Qüvvələrdə xidmət edənlər barədə – onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən və ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında müşayiət məktubu ilə Nazirliyə təqdim olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=133339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31